Missiyamız
Haqqımızda
Missiyamız
Dəyərli qonaqlarımız və səyahət etməyi sevən dostlarımız, 8 ilə yaxın Turizm təcrübəmiz ilə, bugünə qədər Sizlərə xidmət göstərməkdən böyük qurur və sevinc hissi yaşayırıq. Umay Travel, Siz dəyərli müştərilərimizə daha yaxşı xidmət təqdim etmək məqsədilə hər zaman inkişafda, böyüməkdə olan turizm sektorunda fəaliyyət göstərməkdədir. Professional və beynəlxalq turizm orqanizatoru olan Umat Travel olaraq öncül məqsədimiz, Siz dəyərli müştərilərimizin xəyallarını gerçəkləşdirməkdir. Ölkəxarici təklif etdiyimiz xüsusi turlar, orqanizasiyalarımızla dünyanı bizimlə yeniden tanıyıb kəşf etməyinizi, fərqimizi görməyinizi arzu edirik. Xüsusi ailə, dost qrupu, dəyər verdiyiniz insanlarla səyahət istəyinə görə xidmət göstəririk. Dünyanın dörd bir yanında xidmət veren şirkətimizlə xəyallarınızdakı səyahəti Sizlərə yaşatmaq istəyirik. Fərqli din, millət, adət-ənənələr, tarixlərə fərqli baxış qazandırırıq. Qastronomiya, qonaqlama, nəqliyyat, orqanizatorlarda və xüsusi fəaliyyətlərdə ən fərqli, ən keyfiyyətli, zövqlü təqdimatları, təklifləri edərək fərqimizi hiss etdiririk. Nəqliyyat və rabitə imkanlarının son dərəcə inkişaf etdiyi dünyamızda hər bir müştərimiz üçün daha ne təqdim edə bilərik, hansı imkanları yarada bilərik düşüncəsi ilə hərəkət edirik. Bu məqsədlə qonaqlarımıza texnologiyadan maksimum dərəcədə yararlanaraq komfortlu və əyləncəli bir səyahət təcrübəsi üçün çalışırıq. Beləcə az zamanda səyahət etdiyiniz yerlərdə daha çox destinasiya ilə tanış olmağı, daha çox təcrübə qazanmağı və adət-ənənələrlə tanış olmağınızı planlaşdırırıq. Hər bir ziyarətçi, müştəri bizim üçün Özəldi... Bu düşüncə iə hərəkət edən Umay Travel ziyarətçi və müştərilərinə özəl olduqlarını, xidmət keyfiyyəti və xüsusi jestlərlə hiss etdirəcək. Gözləntilərin üstündə səyahət yaşatmaq üçün, ən keyfiyyətli və tam əhatəli orqanizatorlar təşkil edib, ən uyğun qiymətlərlə, disiplinimizlə dəsti-xəttimizi ortaya qoyub Sizlərin səyahət dostu olmağı arzu edirik. Həyatınızı səyahətlərlə, qazanacağınız kültür, xatirələrlə doldurun, sahib olduğunuz əşyalarla yox. Danışılacaq hekayələr olur həmişə…

